"TikTok" sosial şəbəkəsi istifadəçilərin məlumatlarını satmaqda ittiham olunur


İqtisadiyyat 03 Dek 2019 16:43:17 126 0

"TikTok" sosial şəbəkəsi istifadəçilərin məlumatlarını satmaqda ittiham olunur

"TikTok" sosial şəbəkəsi istifadəçilərin məlumatlarını satmaqda ittiham olunur

ABŞ-ın Kaliforniya ştatında "istifadəçi məlumatlarının gizliliyini pozaraq şəxsi məlumatların Çinə satılması" iddiası ilə "TikTok"sosial şəbəkəsinəqarşı məhkəmə iddiası qaldırılıb.

"Report" bu barədə BBC-yə istinadən xəbər verir.

Məlumata görə, "TikTok"u məhkəməyə verən universitet tələbəsi Misty Honq tətbiqi yüklədiyini, lakin hesab açmadığını, paylaşmadığı videoları şirkətin gizli əldə etdiyiniiddia edir.

"TikTok" istifadəçilərin razılığı olmadan şəxsi məlumatları reklam və mənfəət üçün satmaqda və haqsız qazanc əldə etməkdə ittiham olunur.

Xatırladaq ki, 2017-ci ildə Çinin texnologiya şirkəti "ByteDance" tərəfindən yaradılan sosial şəbəkə platforması "TikTok"un dünyada, təxminən, 500 min aktiv istifadəçisi var.