Azərbaycandan Gürcüstana səfər edənlərin sayı artıb


Digərləri 03 Dek 2019 16:34:04 99 0

Azərbaycandan Gürcüstana səfər edənlərin sayı artıb

Ötən ay Gürcüstana 670 122 nəfər beynəlxalq ziyarətçi səfər edib.

Ötən ay Gürcüstana 670 122 nəfər beynəlxalq ziyarətçi səfər edib.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Milli Turizm Administrasiyası məlumat yayıb.

İllik müqayisədə qonşu ölkəyə yollanan əcnəbilərin sayı 12% artıb. Turist səfərlərinin sayı isə 338 831 təşkil edib ki, bu da ötən ilin eyni göstəricisindən 10,3% çoxdur.

Noyabr ayında Gürcüstan Rusiyadan 82 029 ziyarətçi qəbul edib. Rusiyalı turistlərin sayında illik müqayisədə 10,9% azalma qeydə alınıb.

Hesabat ayında Gürcüstana Ermənistandan səfər edənlərin sayı 18,1%, Azərbaycandan səfər edənlərin sayı 8,1%, Türkiyədən səfər edənlərin sayı isə 25,3% artıb.

Yanvar-noyabr aylarında isə Gürcüstan, ümumilikdə, 8 690 352 beynəxalq ziyarətçi qəbul edib ki, bu da ötən ilin analoji göstəricisindən 7,2% çoxdur.