Daha 43 şəhidin 57 vərəsəsinə birdəfəlik ödəmə verilməsi ilə bağlı qərar qəbul edilib


Digərləri 03 Dek 2019 16:33:00 157 0

Daha 43 şəhidin 57 vərəsəsinə birdəfəlik ödəmə verilməsi ilə bağlı qərar qəbul edilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindəki Komissiya daha 43 şəhidin 57 vərəsəsinə birdəfəlik ödəmənin (11 min manat) verilməsinə dair qərar qəbul edib.

Bakı. Prezident İlham Əliyevin müvafiq Fərmanının icrası işlərinin davamı kimi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindəki Komissiya daha 43 şəhidin 57 vərəsəsinə birdəfəlik ödəmənin (11 min manat) verilməsinə dair qərar qəbul edib. Nazirlikdən Trend-ə verilən məlumata görə, birdəfəlik ödəmələr yaxın günlərdə həmin vərəsələrin bank hesablarına köçürüləcək və bu barədə onlara rəsmi bildiriş göndəriləcək. Ümumilikdə 12268 şəhidin vərəsələrinin birdəfəlik ödəmə almaq hüquqlarının olduğu müəyyən edilib. Onlardan artıq 11 791 şəhidin 17 558 vərəsəsinin birdəfəlik ödəmə ilə təminatı işləri aparılıb.