"BMW" də avtomobilləri geri çağırdı - Daha 4 mindən çox avtomobil


Digərləri 03 Dek 2019 16:37:00 106 0

"BMW" də avtomobilləri geri çağırdı - Daha 4 mindən çox avtomobil

"BMW" şirkəti Rusiyada 4,1 mindən çox avtomobili geri çağırıb

Bakı. "BMW" şirkəti Rusiyada 4,1 mindən çox avtomobili geri çağırıb. Trend-in məlumatına görə, qərar təhlükəsizlik yastıqlarında mümkün qüsurlarla əlaqədardır. Bildirilir ki, bu qüsurla bağlı təhlükəsizlik yastığının generatorunda yüksək qaz təzyiqi yarana, bu isə partlayışa səbəb ola bilər. Qeyd edək ki, 2000-ci il fevral ayından 2012-ci ilin mayınadək Rusiyada satılmış E46 və E39 modellərinə şamil olunur.