“Mənim bağ evim Məleykəninki kimi deyil”


Şou-biznes 03 Dek 2019 16:29:00 151 0

“Mənim bağ evim Məleykəninki kimi deyil”

Yatırımlarımı ömür boyu paltarıma, makiyajıma, mahnılarıma xərcləmişəm. Özünüz gördünüz ki, 18 mini Türkiyədə verdim. Qazandığım pulu sənətimə və ailəmə xərcləyirəm. Söhbət oğlum və həyat yoldaşımdan getmir, bacılarım, uşaqları, ailələri və başqaları da bura daxildir.

Son.az xəbər verir ki, bu sözləri musavat.com-a açıqlamasında Xalq artisti Brilliant Dadaşova deyib. 

O, Türkiyədəki fəaliyyətindən də bəhs edib: "Türkiyədə piarım çox gözəl gedir. Mahnım bütün radiolarda səslənir. Türkiyədə 80-ə yaxın radioda qonaq oldum, məni çox gözəl qarşıladılar. Tamaşaçılar mahnım haqqında çox gözəl fikirlər bildirdilər".

- Türkiyə şou-biznesinə qatılmaq üçün böyük məbləğdə vəsait lazımdır. Sənətçilərimiz orada tanınmaq üçün  evlərini, maşınlarını satırlar. 

- Mən bu dəfə pul xərcləmədim. Çünki Türkiyədə Kamal Aslanla müqavilə bağlamışam. Klipi də onun şirkəti çəkdi. Bütün xərcləri həll etdilər.

- Bir müddət əvvəl bağ evinizi satışa çıxarmışdınız. Sata bildinizmi?

- Hələ ki, satılmayıb. Biz də gözləyirik. 

- Yaxın günlərdə xalq artisti Məleykə Əsədova da villasını satmaq üçün "makler"ə müraciət edib.