İranda ağır qəza:


Dünya 03 Dek 2019 16:11:00 126 0

İranda ağır qəza:

İranın Zəncan-Qəzvin magistral yolunda zəncirvari qəza baş verib.

Son.az Trend-ə istinadən bildirir ki, bu faktı İranın Təcili Yardım Təşkilatının sözçüsü Müctəba Xaledi təsdiqləyib.

M.Xaledinin sözlərinə görə, gecə saat 2 radələrində bir avtobus, bir avtomobil və iki yük maşını toqquşub.

Təşkilat rəsmisi əlavə edib ki, hadisə nəticəsində 3 nəfər həlak olub, 24 nəfər yaralanıb.