“Rəsmi nikaha girmədən ana ola bilərəm” FOTO


Şou-biznes 03 Dek 2019 15:30:00 126 0

“Rəsmi nikaha girmədən ana ola bilərəm”  FOTO

Həyat yoldaşımla 4 dildə danışırdım - ingilis, rus, türk və Azərbaycan! O, İstanbulda doğulmuşdu və həmin şəhərdə yaşayırdı. Daha sonra Bakıda çalışdı və burada tanış olduq. Çox gözəl memar idi, bir-birimizi başa düşüb evləndik. 1 il yarım sevgili olduq. "Eurovision"dan qabaq evlənmək istədik. Amma plan dəyişdi.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, bu sözləri müğənni Dilarə Kazımova "Söhbətisz" proqramında qonaq olarkən deyib. O, Türkiyə vətəndaşı Mərd Aslanla olan evliliyinin tez dağılmasından söhbət açıb:

"Sona qədər getmədi. Şadam ki, indi mənə çox rahatdır. 30 yaşımdan sonra ailə qurdum. Sən demə, mənim adamım deyilmiş. İnsanlar 20 il ailəli olub, sonra boşanırlar. Görürlər ki, həmin insan onlarlıq deyil! Mən canımı tez qurtarmışam. Qismətə çox inanıram. İnanıram ki, hər şey vaxtında olacaq.  Ana olmadığıma görə də peşman deyiləm".