Anar Ağakişiyev İstanbulda ev aldı
Şou-biznes 03 Dek 2019 16:02:00 198 0
Kimsə şayiə yayıb ki, Bakıdan köçürəm. Bu da müştərilərimi narahat edir. Çünki gələn ilin sentyabrına qədər yazılan gəlinlərim var. Buradan demək istəyirəm ki, mən Bakıdan birdəfəlik köçmürəm.
Son.az xəbər verir ki, bu sözləri axşam.az-a açıqlamasında stilist Anar Ağakişiyev deyib. Son günlər İstanbulda məşhurları bəzəməklə gündəmə gələn stilist Azərbaycanı tərk etməsi ilə bağlı dedi-qodulara son qoyub. Anar Türkiyədən ev alması haqda da danışıb:
"Gedib-gəlmək İstanbula köçməyim demək deyil. Orada evim hazırlanır. Hələ köçmürəm. Lazım olanda gedəcəm, lazım olanda qayıdacam. Buradakı müştərilərimi də gözüyolda qoymaram.
Mənbə: milli.az