Bakıda qonşusunu söyüş üstündə bıçaqlayan şəxsə HÖKM OXUNDU


Kriminal 03 Dek 2019 16:06:00 140 0

Bakıda qonşusunu söyüş üstündə bıçaqlayan şəxsə HÖKM OXUNDU

Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmaqda təqsirləndirilən Elvin Xəlilovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Son.az ölkə.az-a istinadən xəbər verir ki, hakim Telman Hüseynovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

Məhkəmənin hökmü ilə Elvin Xəlilov 1 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, məhkəmə iclası zamanı prokuror çıxış edərək təqsirləndirilən şəxsin 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsimi istəyib.