Balakəndə şagirdlər məktəbə velosipedlə gedirlər - FOTOREPORTAJ


Digərləri 03 Dek 2019 15:43:33 97 0

Balakəndə şagirdlər məktəbə velosipedlə gedirlər - FOTOREPORTAJ

Balakən rayonunda şagirdlərin&məktəbə&kütləvi şəkildə velosipedlə gedib-gəlməsi hər kəsin marağına səbəb olub.

Balakən rayonunda şagirdlərinməktəbəkütləvi şəkildə velosipedlə gəlib-getməsi hər kəsin marağına səbəb olub.

"Report"un Şimal-qərb bürosunun məlumatına görə, rayonunGürcüstanla sərhəddə yerləşən ucqarİtitala kəndininyüzdən çox şagirdi məktəbə getmək üçün velosipeddən istifadə edir.

Məktəbin həyətində velosipedlərin park edilməsi üçün xüsusi dayanacaq yaradılıb.

Kənd məktəbinin 1-ci sinifdən 11-ci sinifədək təhsil alanəksər şagirdləri bura velosipedlə gedib-gəlməsi artıq5 ildən çoxdurki,bir ənənəyə çevrilib. Eyni zamanda burada şagirdlərlə yanaşı, müəllimlər də işə gəlib-gedən zamannəqliyyat vasitəsi kimi velosipeddən istifadə edirlər.

İtitala kənd tam orta məktəbinin direktoru Məhəmməd Mustafayev "Report"a bildirib ki, velosipedlə dərsə gəlmək şagirdlərin öz seçimidir: "Bunun da əsas səbəblərindən biri sağlam həyat tərzi ilə yanaşı, kəndin dörd bir yanından məktəbə gələn şagirdlərin əksəriyyətinin yollarının uzaq olmasıdır. Məktəb isə, sadəcə, velosipedlərin saxlanılması üçün ayrıca yer və dərs saatlarında şagirdlərə məxsus əmlakın qorunması kimi məsələlərə nəzarət etməklə bu sahədə öz dəstəyini göstərir".

Qeyd edək ki, Aslan Balayev adınaİtitala kənd tam orta məktəbində dərslərAzərbaycan və gürcü bölmələri üzrə tədris olunur. Məktəbdə,ümumilikdə, 368 şagird təhsil alır.

Şəkli yükləmək Şəklə tam ölçüdə baxmaq Arxiv şəklində yükləmək