Yasamalda binanın zirzəmisindən top mərmisi tapılıb (FOTO)


Digərləri 03 Dek 2019 15:40:00 109 0

Yasamalda binanın zirzəmisindən top mərmisi tapılıb (FOTO)

Top mərmisinin ətrafında 200 kv.m əraziyə yerüstü, 10 kv.m əraziyə isə yeraltı baxış keçirilib.

Bakı. Yasamalda binanın zirzəmisindən top mərmisi tapılıb. Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) Trend-ə verilən məlumata görə, bu gün saat 14:10-da Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən Agentliyə Bakı şəhəri, Yasamal rayonu, Şəfayət Mehdiyev küçəsi ev 323 «E» ünvanında bınanın zirzəmisində təmir işləri aparılarkən mərminin tapılması barədə məlumat daxil olub. Məlumata əsasən Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu, Daxili İşlər Nazirliyinin Bakı şəhər Baş Polis İdarəsinin Yasamal rayon Polis İdarəsinin, Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin və Səhiyyə Nazirliyinin Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının əməkdaşları dərhal həmin əraziyə göndərilib. Agentliyin mütəxəssisləri və Yasamal rayon Polis İdarəsinin əməkdaşları tərəfindən birlikdə yuxarıda adı qeyd olunmuş əraziyə baxış keçirilib. Təhlükəsizliyi təmin etmək məqsədilə ərazi polis tərəfindən mühasirəyə alınıb. Agentliyin mütəxəssisləri tərəfindən aparılan təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində 1 ədəd 122 mm-lik top mərmisi (OF-56) aşkar olunub, zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.