Bir gündə 650 min ağac əkilməsi təşəbbüsü çərçivəsində Bərdə rayonunda 8 min ağac əkiləcək


Digərləri 03 Dek 2019 15:46:00 145 0

Bir gündə 650 min ağac əkilməsi təşəbbüsü çərçivəsində Bərdə rayonunda 8 min ağac əkiləcək

Birinci vitse-prezident Mehriban Əliyevanın dahi şair İmadəddin Nəsiminin yubileyi münasibətilə bir gündə 650 min ağac əkilməsi təşəbbüsü çərçivəsində Bərdə rayonunda 8 min ağac əkiləcək.

Bakı. İlhamə İsabalayeva - Birinci vitse-prezident Mehriban Əliyevanın dahi şair İmadəddin Nəsiminin yubileyi münasibətilə bir gündə 650 min ağac əkilməsi təşəbbüsü çərçivəsində Bərdə rayonunda 8 min ağac əkiləcək. Bunu Trend-ə Bərdə Rayon İcra Hakimiyyəti (RİH) başçısının müavini İlham Məmmədov deyib. Onun sözlərinə görə, bir gündə 650 min ağac əkilməsi təşəbbüsü çərçivəsində Ağcabədi-Bəhramtəpə yolunun Bərdədən keçən hissəsində və rayonun kəndlərində yaşıllaşdırma işləri aparılacaq. Ağacların əkiləcəyi yerlər rayonun təxminən 7-8 hektar ərazisini əhatə edəcək. RİH başçısının müavini qeyd edib ki, rayonda əsasən, meşə ağacları, az sayda isə meyvə ağacları əkiləcək.