“Taleyim gətirmədi, bacıqardaşımın uşaqlarını övladlığa götürdüm” VİDEO – FOTO


Şou-biznes 03 Dek 2019 15:39:00 145 0

“Taleyim gətirmədi, bacıqardaşımın uşaqlarını övladlığa götürdüm”  VİDEO – FOTO

ARB TV-nin "Səhər-səhər" verilişinin növbəti qonağı müğənni Niyam Salami olub. Son.az bildirir ki, evlilik həyatından və keçmiş taleyindən danışan müğənni bəzi gizlinlərin üstünü açıb: "Deyirlər ki, niyə evlənmirsən? Müğənni ailəsində elə məsuliyyət var ki, çox çətindir. Qadın məsuliyyəti, ailə məsuliyyəti başqa şeydir. 42 yaşım var, evlənmişəm, nişanlı olmuşam, elə olub ki, taleyim gətirməyib. Ona görə də babamın adını daşıyan qardaşım oğlu ilə, bacım qızını övladlığa götürmüşəm. Bacı-qardaşlarımdan icazə almışam onları götürüb saxlayıram. Mənim üçün fərqi yoxdur ya öz övladlarım, ya qardaş, bacımın. Universitetlərinə kimi oxutdurub, evləndirib evimdə saxlayacam".