Serial aktrisası ürəktutmadan öldü FOTO


Dünya 03 Dek 2019 15:03:00 134 0

Serial aktrisası ürəktutmadan öldü  FOTO

"Will Grace" serialının aktrisası amerikalı Şelli Morrison 83 yaşında dünyasını dəyişib.

Son.az redaktor.az-a istinadən xəbər verir ki,  o, ürəktutmasından vəfat edib. Qeyd edək ki,  Şelli 1999-2006-cı illərdə yayımlanan "Will Grace" serialınının yalnız 1 bölümündə rol almaq üçün razılıq əldə edib. Lakin onun uğurlu çıxışı serialın 69 bölümündə rol almasına səbəb olub.

Aktrisa serialda xidmətçi xarakterini canlandırsa da, tamaşaçılar tərəfindən böyük rəğbətlə qarşılanıb. 69 bölümdən sonra isə Şelli təqaüdə çıxdığı üçün serialda çəkilməkdən imtina edib. Aktrisa 2016-cı illərdə ABŞ-da keçirilən prezident seçkilərində namizəd Hillari Klintona dəstək verməsiylə diqqət çəkib.