Prezident yanında Ali Attestasiya Komissiyasının sədr müavini işdən çıxarılıb


Siyasət 03 Dek 2019 14:33:12 155 0

Prezident yanında Ali Attestasiya Komissiyasının sədr müavini işdən çıxarılıb

Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının sədr müavini Vəli Hüseynov vəzifəsindən azad olunub

Azərbaycan Respublikasının Prezidenti yanındaAli Attestasiya Komissiyasının sədr müavini Vəli Hüseynov vəzifəsindən azad olunub.

"Report"un məlumatına görə, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.

Sərəncamla Vəli Allahverdi oğlu Hüseynov Ali Attestasiya Komissiyasının sədr müavini vəzifəsindən azad edilib.

Ali Attestasiya Komissiyasından "Report"a fakt təsdiqlənib.

Qeyd edək ki, V.Hüseynov 2010-cu ildən bu vəzifədə çalışırdı.

Şəkli yükləmək Şəklə tam ölçüdə baxmaq Arxiv şəklində yükləmək