Fuad Muradov: "Rusiyadakı Azərbaycan təşkilatları arasında birliyin olması bizim üçün ən vacib məsələdir" - MÜSAHİBƏ


Siyasət 03 Dek 2019 14:23:28 135 0

Fuad Muradov: "Rusiyadakı Azərbaycan təşkilatları arasında birliyin olması bizim üçün ən vacib məsələdir" - MÜSAHİBƏ

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovun "Report" Rusiya bürosuna müsahibəsi.

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovun "Report" Rusiya bürosuna müsahibəsi.

- Fuad müəllim, Rusiyaya səfərinizin məqsədi və bu ölkədə keçirdiyinizgörüşlər barədə məlumat verərdiniz...

- Noyabrın 23-27-də Rusiyaya rəsmi səfər baş tutdu. Bizimlə əməkdaşlıq edən "Russotrudniçestvo" (Rusiya Federasiyası Beynəlxalq Humanitar Əməkdaşlıq Agentliyi), eyni zamanda Rusiya xarici işlər nazirinin müavini ilə də görüşlərimiz oldu. Bundan başqa, Rusiya parlamentinin, Prezident Administrasiyasının məsul şəxsləri ilə də görüşdük. Eyni zamanda MoskvadaHeydər Əliyev Fondunun Rusiya Nümayəndəliyi tərəfindənM.İ.Rudomino adına Ümumrusiya Dövlət Xarici Ədəbiyyat Kitabxanasındayaradılmış Azərbaycan Mədəniyyət Mərkəzini ziyarət etdik.Kitabxananın həyətində böyük Azərbaycan şairi və mütəfəkkiriİmadəddin Nəsiminin 650 illiyi münasibətiləbüst qoyulub. Təbii ki, Azərbaycanın Rusiyadakısəfirliyində də olduq, ulu öndərimizin 20 Yanvar faciəsi ilə bağlı etiraz bəyanatı verdiyi otağı ziyarət etdik. Həqiqətən də çox məhsuldar bir səfər oldu. Bütün görüşlərdə hörmətli səfirimiz Polad Bülbüloğlu daiştirak etdi.

Əlbəttə,budəfəki səfərimiz bütün Rusiyanı əhatə etmir, yalnızMoskvanı və Moskvaətrafı regionları əhatə edir. Ancaq bununla belə,çox vacib görüşlər keçirdik. Biz bir daha gördük ki,Rusiyada yaşayan azərbaycanlıların hər zaman Azərbaycan dövlətçiliyinin, Azərbaycan müstəqilliyinin qorunmasında əziyyətləri olub.Azərbaycan Xalq Cümhuriyyətinin varislərinə,Ramiz Abutalıbov başda olmaqla Moskvada yaşayan4 nəfərə medallar təqdim olundu.Eyni zamanda Azərbaycan icması ilədörd saata yaxın müzakirə apardıq,ümumi istiqamətlər, müəyyən problemlər və çıxış yollarından danışdıq. Müzakirələrdə səfirimiz də iştirak etdi və səfirliyə yönəlik sualları cavablandırdı. Təbii ki, dövlət qurumu olaraq bizə də suallar var idi və biz də onlara cavab verməyə çalışdıq. Sondabelə bir ümumi istiqamət müəyyənləşdi ki, bizmövcud problemləri birlikdə həll etməliyik. Eyni zamandaRusiya qanunvericiliyi çərçivəsində fəaliyyət göstərən təşkilatlarımız arasında birliyin olması bizim üçün ən vacib məsələdir.

- Bəs həm Rusiya dövlət orqanları, həm də Moskva və Moskva vilayətində yaşayan azərbaycanlılarla görüşlərinizin nəticəsini necə qiymətləndirirsiniz? Bu görüşlərin nəticələrini yaxın zamanlarda görmək, müşahidə etmək mümkün olacaqmı?

- Əlbəttə, mümkün olacaq. Biz Azərbaycan icması ilə görüşdə bir il yarımdan çox müddət ərzində keçirdiyimiz tədbirləri və layihələri təqdim etdik. Xüsusilə də koordinasiya şuraları ilə bağlı. Bu gün 29 ölkədə 11 koordinasiya şurası fəaliyyət göstərir. Diaspora TV, Diaspora FM, “Online xəritə”, “Tanıyaq, tanıdaq” proqramı və s. kimi xüsusi proqramlarımız var. Hamının da fikri bu oldu ki,belə bir koordinasiyaya ehtiyac var.Bu, bir prosesdir. Uzun müddətdir bu istiqamətdə azərbaycanlıların federativ qurumu - VAK fəaliyyət göstərirdi. Ancaq artıq fəaliyyət göstərmir. Ona görə də bu istiqamətdə öz işlərimizi davam etdirməliyik. İnanıram ki, bu proses müsbət şəkildə həllini tapacaq.

Təbii ki, Rusiyanın dövlət qurumlarından da böyük dəstək gördük. Bizim üçünRusiyanın fikri vacibdir vəbu məsələlərdə əməkdaşlıq etməyi çox istərdik. Sizə tam əminliklə deyə bilərəm ki, azərbaycanlılara qarşıçox böyük dəstək hiss etdik. Eyni zamanda azərbaycanlıların inteqrasiyasının zəruri olduğuvurğulandı. "Yol xəritəsi"nin artıq müəyyən komponentləri bəllidir. Biz bunu düzgün şəkildə formalaşdırmalı və onunla da getməliyik. Hesab edirəm ki, yaxın zamanlarda nəticə əldə edəcəyik.

- Siz iki ilə yaxındır ki, Dövlət Komitəsinin sədrisiniz.Moskvaya və Moskva vilayətinə ilk səfərinizdir. Bu cürsəfərlər davamlı olacaqmı?

-Bəli, bu, bizim ilk rəsmi səfərimizdir. AzərbaycanlaRusiya arasında çox yaxşı strateji münasibətlər var. Dövlət qurumu olaraq bu məsələləri hər zaman nəzərə almalıyıq. Protokollara uyğun olaraq hərəkət etmək vacibdir. Bütün bunları nəzərə alaraq bəzi ölkələrdə təxirəsalınmaz tədbirlər həyata keçirməli idik. Rusiya səfəri də məhz indi baş tutdu. Buna biz bir neçə vaxtdır hazırlaşırdıq. Rusiya böyük dövlətdir, xeylitədbirlər həyata keçirilir. Rusiyadakı Azərbaycan icmasından bizə xəbər də göndərirdilər ki, bəs Diasporla İş üzrə Dövlət Komitəsi haradadır? Lakin bizsabah heç bir problemlə üzləşməməküçün öz işimizi planlı şəkildə həyata keçirməliyik. Biz bu yolu seçmişik. Bütün ölkələrdəki fəaliyyətimizə diqqət yetirsəniz, iki il ərzində ardıcıl siyasət həyata keçirildiyini müşahidə edərsiniz. Həm qanunlar nəzərə alınıb, həm də münasibətlər. Bundan sonra da belə olacaq. Rusiyadakı həmkarlarımızla birlikdə bir planımız var. Bizim gələn il Rusiya regionlarına səfərlərimiz olacaq və orada həmvətənlərimizlə görüşəcəyik. Narahatçılığa heç bir əsas yoxdur. Bu, planlı şəkildə olacaq. Gələn il üçün planlar artıq var. İnanıram ki, müzakirələrin nəticəsi olaraq "yol xəritəsi"ndə nəzərdə tutulanlarıhəyata keçirə biləcəyik.