"100 minlik “Sevgi romanı”nda açıqsaçıqlıq yoxdur, amma ehtiraslı səhnələr var"


Şou-biznes 03 Dek 2019 14:26:00 191 0

"100 minlik “Sevgi romanı”nda açıqsaçıqlıq yoxdur, amma ehtiraslı səhnələr var"

Hind rəqslərinin mahir ifaçısı, aktrisa Oksana Rəsulovanın çəkildiyi "Sevgi romanı" filminin tanıtım çarxı ilə yanaşı, qalmaqallı posteri sosial mediaya yayılaraq müzakirə predmetinə çevrildi. "Poster"də əks olunan Oksana ilə tərəf müqabili aktyor Şəhriyar Əbilov tənqid atəşinə tutulub.

Son.az bildirir ki, qalmaqallı məsələ ilə bağlı oxu.az-ın əməkdaşı Oskana Rəsulovanın münasibətini öyrənməyə çalışıb.

Tədbirlərin birinə dəvət alan aktrisa ehtiraslı paylaşımla bağlı məsələyə aydınlıq gətirib:

"Paylaşılan foto filmin posteri deyil. Həmin kadr mənim tərəf müqabilim aktyor Şəhriyar Əbilovla oynadığımız tanqo rəqsindəndir. Rəqsimizin sonunda onunla üz-üzə dayanıb belə bir ehtiraslı poza vermişik. Yazdılar ki, mən Şəhriyarla öpüşmüşəm. Həmin fotoya diqqətlə baxsalar, orada öpüşün olmadığını görərlər. O rəqs necə olacaq və o rəqsdən sonra nələr olacaq? - bunu filmimiz çıxanda biləcəksiniz. Açıq-saçıq səhnə yoxdur, amma ehtiraslı səhnələr var. Açıq-saçıq səhnələrdən mən ümumiyyətlə uzağam. Sevgiyə aid hansı səhnə istəyirsinizsə, bu filmdə yer alıb".

Oksana tezliklə premyerası olacaq filminə izləyicilər tərəfindən gələcək irad və tənqidlərə hazır olduğunu bildirib:

"Hər hansı film çıxdıqda, açıq-saçıq səhnə tamaşaçılar tərəfindən tənqid olunur. Bu normaldır və olmalıdır".  "Mələyin öpüşü"nü hind filmlərinin "remake"i (red:təkrar) adlandırdılar. "Sevgi romanı"nı da bu aqibət gözləyir?" sualına cazibədar aktrisa bu cür reaksiya verdi: