PAŞA Bank-dan müştərilərə pulsuz POS–terminal!


Digərləri 03 Dek 2019 14:15:30 124 0

PAŞA Bank-dan müştərilərə pulsuz POS–terminal!

Azərbaycanın aparıcı korporativ bankı PAŞA Bank müştərilərinin ehtiyaclarını nəzərə alaraq, innovativ, sadə və rahat istifadəçi interfeysinə malik onlayn funksionallıqlarını istifadəyə verməkdə davam edir.

Bakı. Azərbaycanın aparıcı korporativ bankı PAŞA Bank müştərilərinin ehtiyaclarını nəzərə alaraq, innovativ, sadə və rahat istifadəçi interfeysinə malik onlayn funksionallıqlarını istifadəyə verməkdə davam edir. Bu həllərdən biri də günümüzdə ən böyük tələbatın olduğu POS–terminallardır. Belə ki, ticarət və xidmət sahələrində fəaliyyət göstərən hüquqi şəxslər və fərdi sahibkarlar Bankın filialına gəlmədən POS-terminalların sifarişini artıq onlayn rejimdə həyata keçirə bilirlər! POS-terminal pulsuz təqdim olunur, əlavə depozit məbləğinin yerləşdirilməsi tələb olunmur və yalnız POS-terminaldan keçirilmiş dövriyyə üzrə komissiya ödənilir. PAŞA Bank POS-terminalı olmayan, terminalı bankda ilk dəfə onlayn sifariş edən və müəyyən şərtlərə cavab verən biznes sahibləri üçün isə güzəştlər də tətbiq olunur! Xüsusi şərtlərlə POS-terminalı sifariş etmək üçün keçidə klikləyin! https://pashabank.digital/login#/signup