Azərbaycan və Rusiya XİN arasında protokol imzalanıb


Digərləri 03 Dek 2019 13:34:31 119 0

Azərbaycan və Rusiya XİN arasında protokol imzalanıb

Azərbaycan və Rusiya Xarici İşlər nazirlikləri arasında protokol imzalanıb.

Bakı. Ləman Zeynalova - Azərbaycan və Rusiya Xarici İşlər nazirlikləri arasında protokol imzalanıb. Trend-in məlumatına görə, bunu Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov rusiyalı həmkarı Sergey Lavrovla Bakıda keçirilən birgə mətbuat konfransı zamanı deyib. E.Məmmədyarov bildirib: "İki ölkə arasında çox yaxşı hüquqi baza var. İqtisadiyyatla bağlı isə deyə bilərəm ki, iki ölkə arasında ticarət dövriyyəsi artmaqdadır. Ümid var ki, dövriyyə ilin yekunları üzrə 3 milyard dollara çatacaq. Azərbaycan Rusiyanın Cənubi Qafqzda əsas ticarət tərəfdaşıdır". Naziirn sölərinə görə, onlar görüşdə Dağlıq Qarabağ münaqişəsini də müzakirə ediblər: "Dağlıq Qarabağ münaqişəsində hazırkı vəziyyət heç bir nəticə vəd etmir". Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin