Azərbaycan ilə Türkiyə arasında yeni sənəd təsdiq olundu


Siyasət 03 Dek 2019 13:55:00 110 0

Azərbaycan ilə Türkiyə arasında yeni sənəd təsdiq olundu

Azərbaycanla Türkiyə arasında yeni sənəd təsdiq olunub.

Son.az Trend-ə istinadən xəbər verir ki, Milli Məclisin bu gün keçirilən plenar iclasında "Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında Sadələşdirilmiş Gömrük Dəhlizi haqqında" Anlaşma Memorandumunun təsdiq edilməsi barədə məsələ müzakirəyə çıxarılıb.

Müzakirələrdə sənədin iki ölkə arasında əməkdaşlığın inkişafına mühüm töhfə verəcəyi qeyd olunub. Müzakirələrdən sonra sənəd səsverməyə qoyularaq qəbul edilib.