Lalə ikinci dəfə ƏRƏ GETMƏK İSTƏYİR


Şou-biznes 03 Dek 2019 13:45:00 161 0

Lalə ikinci dəfə ƏRƏ GETMƏK İSTƏYİR

Yenidən sevib, ailə qurmaq istəyirsiniz?

Son.az xəbər verir ki, bu sualla aparıcı Tarix Əliyev (Tolik) Əməkdar artist Lalə Məmmədovaya müraciət edib.

Xanım sənətçi cəsarətli açıqlaması ilə diqqət çəkib:

"Əlbəttə, ailə qurmaq istəyirəm. Yəqin ki, o insan tamlığı ilə mənim gözümə görsənməyib. Görsənsə, əlbəttə ki, düşünürəm. Çünki qadın olmayan bir şey haqqında düşünmür. Bu dəqiqə mənim üçün önəmli olan mənim övladlarımdır, onların təhsilidir. Əgər məni olduğum kimi qəbul eləsə, ailə qurmaq istəyirəm. Çünki bu yaşdan sonra biz dəyişə bilmərik". 

Tolikin ona ünvanladığı "Lalə xanım, kasıb, uzaq başı bir evi var. Amma istəyir də, sevgidir. Onunla ailə qurarsınız, yoxsa siz də o biri müğənnilər kimi gərək təyyarəsi olsun, Antaliyada villası olsun?" sualına əməkdar artist səmimi etirafı ilə yadda qalıb: