Prezident İlham Əliyev: Azərbaycanda innovasiya ekosisteminin, yüksək texnologiyaların inkişafı üçün əlverişli mühit mövcuddur


Digərləri 03 Dek 2019 13:46:19 42 0

Prezident İlham Əliyev: Azərbaycanda innovasiya ekosisteminin, yüksək texnologiyaların inkişafı üçün əlverişli mühit mövcuddur

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev XXV beynəlxalq “Bakutel 2019” telekommunikasiya, innovasiya və yüksək texnologiyalar sərgisinin iştirakçılarına təbrik məktubu ünvanlayıb.

Bakı. Azərbaycan Respublikası Prezidenti İlham Əliyev XXV beynəlxalq “Bakutel 2019” telekommunikasiya, innovasiya və yüksək texnologiyalar sərgisinin iştirakçılarına təbrik məktubu ünvanlayıb. Trend-in məlumatına görə, təbrikdə deyilir: "Hörmətli sərgi iştirakçıları! Sizi Bakı şəhərində XXV beynəlxalq “Bakutel 2019” telekommunikasiya, innovasiya və yüksək texnologiyalar sərgisinin işə başlaması münasibətilə salamlayır, hər birinizə fəaliyyətinizdə uğurlar arzulayıram. İyirmi beş ildir ki, təşkil edilən ənənəvi "Bakutel” sərgisi regionun informasiya və kommunikasiya texnologiyaları üzrə mötəbər tədbirlərindəndir. Sərgi təkcə Azərbaycanın deyil, eləcə də dünyanın bir çox ölkələri və aparıcı şirkətlərinin qabaqcıl texnologiyalar sahəsində ən yeni nailiyyətlərinin təqdim olunduğu mühüm platformaya çevrilmişdir. Təqdirəlayiq haldır ki, Dünya İqtisadi Forumunun qlobal informasiya texnologiyalarına dair son hesabatında Azərbaycan informasiya-kommunikasiya texnologiyalarına verdiyi əhəmiyyətə görə 139 ölkə arasında 8-ci yerdə qərarlaşmışdır. Ölkəmizdə innovasiya ekosisteminin, yüksək texnologiyaların inkişafı və cəmiyyətin bu texnologiyaların imkanlarından faydalanması üçün əlverişli mühit mövcuddur. Telekommunikasiya sahəsində yeni texnologiyaların istifadəsi, xidmət şəbəkəsinin müasir standartlara uyğunlaşdırılması və yeni xidmətlərlə bağlı müvafiq işlər aparılır. Regionlarda müasir telekommunikasiya xidmətləri istiqamətində irimiqyaslı layihələr icra olunur. İnnovativ layihələrə dövlət dəstəyi bu sahənin potensialının artırılmasını, startapların genişlənməsini və təşəbbüskarlığın yüksəlməsini təmin edir, bu isə bütövlükdə ölkə iqtisadiyyatının dayanıqlı inkişafına müsbət təsir göstərir. Sərgidə bir çox yeni iştirakçıların da milli pavilyonlarla təmsil olunması beynəlxalq aləmdə özünəməxsus mövqe və nüfuza malik Azərbaycanla informasiya-kommunikasiya texnologiyaları sahəsində əməkdaşlığa artan marağın təzahürüdür. Bu tədbir sizə qabaqcıl texnoloji nailiyyətlərin və yeniliklərin təqdimatı, biznes əlaqələrinin qurulması və təcrübə mübadiləsi ilə yanaşı, həmçinin ölkəmizi yaxından tanımağınıza şərait yaradır. İnanıram ki, sərgi çərçivəsində görüşlər və fikir mübadiləsi yeni təşəbbüslərin meydana çıxması və müvəffəqiyyətlə gerçəkləşməsi baxımından əhəmiyyətli olub, qarşılıqlı əlaqələrin daha da dərinləşməsinə öz töhfəsini verəcəkdir". Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin
Lalə ikinci dəfə ƏRƏ GETMƏK İSTƏYİR like
  • 03 Dek 13:45  
Şou-biznes Lalə ikinci dəfə ƏRƏ GETMƏK İSTƏYİR

Yenidən sevib, ailə qurmaq istəyirsiniz?

arrow Ətraflı
Lavrov: "Mən Dağlıq Qarabağın icmaları arasında əlaqələrin tərəfdarıyam" like
  • 03 Dek 13:44  
Siyasət Lavrov: "Mən Dağlıq Qarabağın icmaları arasında əlaqələrin tərəfdarıyam"

Mən Dağlıq Qarabağ icmaları arasında əlaqələrin tərəfdarıyam.

arrow Ətraflı
Zəhərlənən beş tələbə xəstəxanadan evə yola salınıb like
  • 03 Dek 13:44  
Digərləri Zəhərlənən beş tələbə xəstəxanadan evə yola salınıb

Qazaxda zəhərlənən tələbələr xəstəxanadan evə yola salınıblar.

arrow Ətraflı
Azərbaycan və Rusiya XİN arasında protokol imzalanıb like
  • 03 Dek 13:43  
Siyasət Azərbaycan və Rusiya XİN arasında protokol imzalanıb

Azərbaycan və Rusiya Xarici İşlər nazirlikləri arasında protokol imzalan

arrow Ətraflı
XƏBƏRDARLIQ  Temperatur daha da enəcək, like
  • 03 Dek 13:41  
Digərləri XƏBƏRDARLIQ Temperatur daha da enəcək,

Sabah ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı məlumat aç

arrow Ətraflı
KOBİAnın dəstəyi ilə “Bakutel” Sərgisində virtual müəssisə təqdim olunur  FOTO like
  • 03 Dek 13:39  
Digərləri KOBİAnın dəstəyi ilə “Bakutel” Sərgisində virtual müəssisə təqdim olunur FOTO

Dekabrın 3-də Bakı Ekspo Mərkəzində öz işinə başlamış 25-ci Azərbay

arrow Ətraflı
Rektor zəhərlənən tələbələrlə bağlı açıqlama verdi like
  • 03 Dek 13:38  
Digərləri Rektor zəhərlənən tələbələrlə bağlı açıqlama verdi

Noyabrın 21-də Bakı Dövlət Universitetinin (BDU) 3 tələbəsinin zəhərl

arrow Ətraflı
Magistraturaya qəbul prosesinin sadələşdirilməsi ilə bağlı təkliflər hazırlanıb like
  • 03 Dek 13:38  
Digərləri Magistraturaya qəbul prosesinin sadələşdirilməsi ilə bağlı təkliflər hazırlanıb

Perspektivli gənclərin elmə daha aktiv cəlb edilməsi məqsədilə magistrat

arrow Ətraflı
Lavrov: "Biz həmsədr qismində Qarabağ münaqişəsinin həllinə kömək göstərəcəyik" like
  • 03 Dek 13:37  
Siyasət Lavrov: "Biz həmsədr qismində Qarabağ münaqişəsinin həllinə kömək göstərəcəyik"

Biz həmsədr qismində Dağlıq Qarabağ münaqişəsinin həllinə kömək gö

arrow Ətraflı
Ceyhun Bayramov: "Magistraturaya qəbulun sadələşdirilməsi ilə bağlı müzakirələr yekunlaşıb" like
  • 03 Dek 13:36  
Sosial Ceyhun Bayramov: "Magistraturaya qəbulun sadələşdirilməsi ilə bağlı müzakirələr yekunlaşıb"

''Perspektivli gənclərin elmə daha aktiv cəlb edilməsi məqsədilə magist

arrow Ətraflı
Bu sahibkarlara xəbərdarlıq edildi like
  • 03 Dek 13:36  
Digərləri Bu sahibkarlara xəbərdarlıq edildi

Azərbaycan Qida Təhlükəsizlik Agentliyi (AQTA) balıqçılıq məhsulların

arrow Ətraflı
Lavrov: Mən Dağlıq Qarabağın icmaları arasında əlaqələrin tərəfdarıyam like
  • 03 Dek 13:35  
Digərləri Lavrov: Mən Dağlıq Qarabağın icmaları arasında əlaqələrin tərəfdarıyam

Mən Dağlıq Qarabağın icmaları arasında əlaqələrin tərəfdarıyam

arrow Ətraflı
Azərbaycan və Rusiya XİN arasında protokol imzalanıb like
  • 03 Dek 13:34  
Digərləri Azərbaycan və Rusiya XİN arasında protokol imzalanıb

Azərbaycan və Rusiya Xarici İşlər nazirlikləri arasında protokol imzalan

arrow Ətraflı