Doktorantura səviyyəsində adambaşına maliyyələşməyə keçidlə bağlı təkliflər hökumətə təqdim edilib


Digərləri 03 Dek 2019 13:48:46 114 0

Doktorantura səviyyəsində adambaşına maliyyələşməyə keçidlə bağlı təkliflər hökumətə təqdim edilib

Doktorantura səviyyəsində adambaşına maliyyələşməyə keçidlə bağlı təkliflər hökumətə təqdim edilib

Bakı. İlhamə İsabalayeva - Təhsil Nazirliyi doktorantların təhsil xərclərinin adambaşına maliyyələşmə prinsipi əsasında həyata keçirilməsi barədə təkliflər hazırlayaraq hökumətə təqdim edib. Trend-in məlumatına görə, bunu Doktorantların və gənc tədqiqatçıların XXIII Respublika elmi konfransının açılış mərasimində çıxış edən Təhsil naziri Ceyhun Bayramov deyib. Onun sözlərinə görə, ali təhsilin bakalavriat və magistratura səviyyələrində adambaşına maliyyələşdirmə sisteminə keçilib: "Lakin yeni sistem doktorantura səviyyəsini əhatə etməyib. Bununla əlaqədar Təhsil Nazirliyi tərəfindən ali təhsil müəssisələrində dövlət sifarişi əsasında təhsil alan doktorantların təhsil xərclərinin adambaşına maliyyələşmə prinsipi əsasında həyata keçirilməsi barədə təkliflər hazırlayaraq hökumətə təqdim edilib". C.Bayramov əlavə edib ki, elmi tədqiqat işlərinin sayının artırılması ilə yanaşı, keyfiyyət əmsalının da artırılmasına xüsusi diqqət yetirmək lazımdır. Nazir qeyd edib ki, bu istiqamətdə əsərlərin yüksək impakt faktorlu jurnallarda çap olunması, çoxlu sayda istinad qazanması və elmi ictimaiyyət tərəfindən tanınması üçün strategiyalar hazırlanmalıdır: