BDU rektoru tələbələrlə bağlı məsələyə münasibət bildirib


Sosial 03 Dek 2019 13:21:30 160 0

BDU rektoru tələbələrlə bağlı məsələyə münasibət bildirib

'Hadisə yataqxana ilə bağlı deyil, tələbələrin kirayə qaldıqları evdə baş verib''.&

'Hadisə yataqxana ilə bağlı deyil, tələbələrin kirayə qaldıqları evdə baş verib''.

''Report'' xəbər verir ki, bunuBakı Dövlət Universitetinin rektoru Elçin Babayev səhər saatlarında Kliniki Tibbi Mərkəzə aparılan iki tələbənin durumuna münasibət bildirərkəndeyib.

Rektor hesab edir ki, belə məsələlərişişirtmək lazım deyil: ''Çünki bu hamıya psixoloji təsir göstərir. Bu gün xəstəxanaya aparılan tələbələrrdən biri bizim,digəri isə başqa universitetin tələbəsidir''.

E.Babayev noyabrın 21-də BDU-nun yataqxanasında baş verən hadisə ilə bağlı yayılan məlumatlaradaaydınlıq gətirib.

O bildirib ki, zəhərlənmə hadisəsinin universitetdə tələbələrə verilən talon, universitetin yeməkxanası ilə heç bir əlaqəsi yoxdur: ''Birmənalı olaraq bunu inkar edirəm. İstintaq nəticəsində hər şey aydın olacaq. Mən özüm də universitetin yeməkxanasında yemək yeyirəm. Hər şey yüksək səviyyədədir. Məhsulları da keyfiyyətlidir. Bunları bir-birinə bağlamaq qəzərli xarakter daşıyır. Tələbələrlə görüşlərdə yeməklərinə diqqət etmələrini istəyirik''.