ADRA rəhbərinin başçılıq etdiyi nümayəndə heyəti ilin ən irimiqyaslı Reklam Forumunda (FOTO)


Digərləri 03 Dek 2019 13:05:00 118 0

ADRA rəhbərinin başçılıq etdiyi nümayəndə heyəti ilin ən irimiqyaslı Reklam Forumunda (FOTO)

Azərbaycan Dövlət Reklam Agentliyi İdarə Heyətinin sədri Aydın İbadovun rəhbərlik etdiyi nümayəndə heyəti Moskvada keçirilən Milli Reklam Forumunda iştirak edib.

Bakı. Azərbaycan Dövlət Reklam Agentliyi İdarə Heyətinin sədri Aydın İbadovun rəhbərlik etdiyi nümayəndə heyəti Moskvada keçirilən Milli Reklam Forumunda iştirak edib. Agentlikdən Trend-ə verilən məlumata görə, Rusiyanın Kommunikasiyalar Agentlikləri Assosiasiyasının (AKAR) təşkil etdiyi sayca 4-cü Forum reklam sektoru üzrə Rusiyanın ən böyük platforması kimi aparıcı reklam agentliklərinin, ictimai təşkilatların, marketinq, araşdırma və media şirkətlərinin rəhbərləri də daxil olmaqla 2700 peşəkarı özündə birləşdirib. Forum çərçivəsində A.İbadov Rusiyanın Kommunikasiyalar Agentlikləri Assosiasiyasının (AKAR) prezidenti S.Piskaryov ilə görüşərək, qurumun fəaliyyəti haqqında geniş məlumatlar əldə edib. Açıq və qapalı məkanlar (Out-of-Home), tranzit, internet, televiziya, radio, çap məhsullarında reklam yayımlayan, kreativ, promo və araşdırma xidmətləri göstərən şirkətləri 25 ildir özündə birləşdirən AKAR modelinin ölkəmizdə də çoxşaxəli reklam bazarı oyunçularının peşəkar birliyinin yaradılması istiqamətində faydalı ola biləcəyi bildirilib. Səfər çərçivəsində A.İbadov Moskva meriyasının Reklam departamenti rəhbərinin müavini E.Korolyov və departmanet əməkdaşları ilə də görüşüb. Görüşdə açıq məkanda reklam qurğularının yerləşdirilməsi və istismarı ilə bağlı Moskva şəhərində son illər aparılan işlər barədə məlumat verilib, bu istiqamətdə tətbiq olunan yeni hüquqi-texniki tələblər barədə fikir mübadiləsi aparılıb. Hazırda Moskvanın açıq məkandakı reklam infrastrukturunun bütövlükdə açıq hərraclarda qalib olmuş reklam operatorları tərəfindən idarə olunduğu bildirilib.