Pulla oğlanları öpüşdürən blogerə məhkəmədən ağır cəza


Dünya 03 Dek 2019 13:00:00 144 0

Pulla oğlanları öpüşdürən blogerə məhkəmədən ağır cəza

Sosial media fenomeni olaraq bilinən 'Gaga Bulut' ləqəbli Bulut Altuğ əxlaqsızlığı təbliğ etdiyi üçün həbs edilib.

Son.az ölkə.az-a istinadən bildirir ki, o, oğlan uşaqlarına pul qarşılığında bir-birlərini öpdürərək çəkdiyi videonu sosial şəbəkədə paylaşıb.

Görüntüləri izləyən bir çox sosial media istifadəçisi bu vəziyyətə sərt reaksiya verib. Bundan hərəkətə keçən İzmir Təhlükəsizlik Asayiş Şöbə Müdirliyi Altuğu 15 oktyabr 2018-cil tarixində həbs edib.

Polis videonu lentə alan Fatih Bilgehan Bektaşı da ələ keçirib. Araşdırmadan sonra ədliyyəyə sövq edilən Altuğ tutulub, Bektaş isə həbssiz mühakimə üzrə sərbəst buraxılıb.