Xarici dil üzrə beynəlxalq dil sertifikatları olanlar doktoranturaya qəbul imtahanından azad ediləcəklər


Digərləri 03 Dek 2019 12:58:00 155 0

Xarici dil üzrə beynəlxalq dil sertifikatları olanlar doktoranturaya qəbul imtahanından azad ediləcəklər

Doktoranturaya qəbul zamanı xarici dil üzrə beynəlxalq dil sertifikatlarına malik olanlar dil üzrə qəbul imtahanından azad ediləcəklər.

Bakı. İlhamə İsabalayeva - Doktoranturaya qəbul zamanı xarici dil üzrə beynəlxalq dil sertifikatlarına malik olanlar dil üzrə qəbul imtahanından azad ediləcəklər. Trend-in məlumatına görə, bunu Azərbaycan Memarlıq və İnşaat Universitetində keçirilən Doktorantların və gənc tədqiqatçıların XXIII Respublika Elmi Konfransında çıxış edən Təhsil naziri Ceyhun Bayramov bildirib. Onun sözlərinə görə, bu ilin oktyabrında "Doktoranturaların yaradılması və doktoranturaya qəbul" qaydalarında dəyişikliklər edilib. Bu dəyişikliklərə əsasən, doktoranturaya qəbul zamanı mərkəzləşdirilmiş formada xarici dil imtahanının Dövlət İmtahan Mərkəzi tərəfindən, fəlsəfə imtahanlarının isə müəyyən olunmuş bir və ya bir neçə təhsil və elmi müəssisələrində keçirilməsi nəzərdə tutulub: