Azərbaycanla Qazaxıstan arasında yeni protokol təsdiq edildi


Digərləri 03 Dek 2019 12:43:00 106 0

Azərbaycanla Qazaxıstan arasında yeni protokol təsdiq edildi

İki ölkə arasında vətəndaşların qarşılıqlı vizasız gediş-gəlişi haqqında sazişə dəyişikliklər edilməsi barədə Protokolun təsdiq edilməsi məsələsi müzakirəyə çıxarılıb

Bakı. Elçin Mehdiyev – Azərbaycanla Qazaxıstan arasında yeni protokol təsdiq edilib. Trend-in məlumatına görə, Milli Məclisin bu gün keçirilən plenar iclasında "2 oktyabr 2009-cu il tarixində imzalanmış Azərbaycan Respublikası Hökuməti ilə Qazaxıstan Respublikası Hökuməti arasında vətəndaşların qarşılıqlı vizasız gediş-gəlişi haqqında Sazişə dəyişikliklər edilməsi barədə" Protokolun təsdiq edilməsi məsələsi müzakirəyə çıxarılıb. Müzakirələrdən sonra sənəd səsverməyə qoyularaq qəbul edilib. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin