Azərbaycanlı gənc maraqlı yolla


Digərləri 03 Dek 2019 12:24:00 123 0

Azərbaycanlı gənc maraqlı yolla

Hazırda Dubayda tanınmış şirkətlərdən birinin marketinq direktoru vəzifəsində çalışan azərbaycanlı gənc maraqlı bir ideyanı reallaşdıraraq Ginnesin Rekordlar Kitabına düşüb. 

Oxford Universitetində magistr təhsili alan Vüqar Adıgözəlov 145 ölkə vətəndaşını bir təyyarədə toplayaraq tarixi uçuşa imza atıb.

Son.az xəbər verir ki, V. Adıgözəlov qafqazinfo-ya açıqlamasında bildirib ki, rekord ideyası ona elə təyyarədə olarkən gəlib:

"Bir neçə ay öncə səfərdən qayıdanda təyyarədə qeyri-adi bir elanla rastlaşdım, kapitan bildirdi ki, təyyarə heyəti 14 müxtəlif dildə danışa bilir. Bələdçidən öyrəndim ki, təyyarədə əllidən çox millətdən sərnişin var. Evə çatar-çatmaz dünyada ən çox millətin uçduğu resylə maraqlanmağa başladım. Belə məlumata rast gəlməsəm də, qarşıma bir çox millətin nümayəndəsinin bir araya gəlib müxtəlif rekordlar qırdığı haqda məlumat çıxdı. 

İdeyam çılğın olduğu qədər də bahalı idi, ancaq tezliklə ideyanı həyata keçirə bilməyimizə şərait yarandı.