Bakıda külək 8 ağacı aşırdı:
Digərləri 03 Dek 2019 12:35:31 130 0
Bakıda gecə saatlarında əsən güclü külək bir sıra fəsadlar törədib.
Son.az xəbər verir ki, bu barədə Trend-ə Bakı Şəhər İcra Hakimiyyəti Yaşıllaşdırma Təsərrüfatı Birliyinin Bitkilərin mühafizəsi şöbəsinin rəisi Orxan Məmmədov bildirib. Onun sözlərinə görə, güclü külək, əsasən, Yasamal və Səbail rayonlarında müşahidə olunub:
"Ötən gün axşam saatlarından başlayan külək şəhərin bəzi yerlərində fəsadlar törədib. Güclü külək Yasamal və Səbaildə təsirsiz ötüşməyib. Nəticədə 8 ağac aşıb, bir çoxunun budaqları qırılıb və 2 avtomobilə ziyan dəyib".
O.Məmmədov bildirib ki, qurum gücləndirilmiş iş rejimində fəaliyyət göstərir: "Hazırda da işçilər tərəfindən şəhərin bir çox yerlərində aqrotexniki işlər aparılır".
Mənbə: milli.az