Azərbaycanda yeni medal təsis edildi


Digərləri 03 Dek 2019 12:30:00 120 0

Azərbaycanda yeni medal təsis edildi

"Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında" Qanununda dəyişiklik olundu

Bakı. Elçin Mehdiyev – Azərbaycanda yeni medal təsis edilib. Trend-in məlumatına görə, Milli Məclisin bu gün keçirilən plenar iclasında Azərbaycan Respublikasının "Diaspor fəaliyyətində xidmətə görə" medalının təsis edilməsi ilə əlaqədar "Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında" Qanununda dəyişiklik edilməsi barədə məsələ müzakirəyə çıxarılıb. Qanuna dəyişiklik müzakirələrdən sonra səsverməyə qoyularaq qəbul edilib. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin