"Xaricdə yaşayan soydaşlar və diaspora təşkilatı haqqında” yeni qanun layihəsi hazırlanır


Digərləri 03 Dek 2019 12:36:00 120 0

"Xaricdə yaşayan soydaşlar və diaspora təşkilatı haqqında” yeni qanun layihəsi hazırlanır

"Xaricdə yaşayan soydaşlar və diaspora təşkilatı haqqında” yeni qanun layihəsi hazırlanır.

Bakı. "Xaricdə yaşayan soydaşlar və diaspora təşkilatı haqqında” yeni qanun layihəsi hazırlanır. Trend-in məlumatına görə, bunu Milli Məclisin Mədəniyyət komitəsinin sədri Rafael Hüseynov parlamentin bugünkü plenar iclasında çıxışı zamanı deyib. R.Hüseynov vurğulayıb ki, dünyanın müxtəlif ölkələrində yaşayan həmvətənlərimiz, diaspora təmsilçiləri belə qanunu çoxdan gözləyir. O qeyd edib ki, yeni qanun layihəsi bir sıra məsələlərlə yanaşı, soydaş anlayışının statusunu da müəyyənləşdirəcək: “Onlara vəsiqə verilməsi də nəzərdə tutulur. Bu da onların bir çox mövcud problemlərinin həllinə müsbət təsir göstərəcək. Yaxın vaxtlarda formalaşacaq yeni parlamentin ilk qəbul etdiyi qanunlardan biri də məhz bu olacaq". Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin