Azərbaycan ilə Türkiyə arasında yeni sənəd təsdiq olundu


Digərləri 03 Dek 2019 12:27:00 107 0

Azərbaycan ilə Türkiyə arasında yeni sənəd təsdiq olundu

Azərbaycanla Türkiyə arasında yeni sənəd təsdiq olunub.

Bakı. Elçin Mehdiyev – Azərbaycanla Türkiyə arasında yeni sənəd təsdiq olunub. Trend-in məlumatına görə, Milli Məclisin bu gün keçirilən plenar iclasında "Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında Sadələşdirilmiş Gömrük Dəhlizi haqqında" Anlaşma Memorandumunun təsdiq edilməsi barədə məsələ müzakirəyə çıxarılıb. Müzakirələrdə sənədin iki ölkə arasında əməkdaşlığın inkişafına mühüm töhfə verəcəyi qeyd olunub. Müzakirələrdən sonra sənəd səsverməyə qoyularaq qəbul edilib. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin