Kanadanın baş nazirinin təyyarəsi istifadəyə yararsız hala düşüb


Dünya 03 Dek 2019 12:16:52 157 0

Kanadanın baş nazirinin təyyarəsi istifadəyə yararsız hala düşüb

Təyyarə anqaraya çırpılıb və ona xeyli ziyan dəyib

Kanadanın baş naziri Castin Tryudonun əsas təyyarəsi qəzaya uğrayıb və 2020-ci ilin avqust ayına qədər sıradan çıxıb.

Bu barədə "Report" RİA "Novosti"yə istinadən xəbər verir.

Kanada Silahlı Qüvvələrinin məlumatına görə, hadisə bu il oktyabrın 18-də Ontario vilayətinin Trenton şəhərindəki hərbi hava bazasında baş verib. Təyyarə anqara çırpılıb və ona xeyli ziyan dəyib.

Bu təyyarənin baş naziri beynəlxalq tədbirlərə apardığı qeyd olunur. Baş nazirin vəziyyətin nə tələb etməsindən asılı olaraq ehtiyatda daha dörd təyyarəsi var.

C.Tryudo Londonda keçirilən NATO sammitinə Hərbi Hava Qüvvələrinin başqa təyyarəsində uçub.