Bakıda bu qəsəbə plana düşüb? SİYAHIYAALMA BAŞLADI


Digərləri 03 Dek 2019 12:19:00 132 0

Bakıda bu qəsəbə plana düşüb?  SİYAHIYAALMA BAŞLADI

Bakının Nərimanov rayonunda yerləşən Böyükşor qəsəbəsində evlərin siyahıya alınmasına başlanıb.

Son.az redaktor.az-a istinadən xəbər verir ki, sakinlər bu ərazidə yerləşən evlərin söküləcəyini, yeni metro stansiyası tikiləcəyini iddia ediblər.

"Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib ki, "Dərnəgül"dən sonra üç stansiya inşa olunacaq ki, onlardan biri "Y1" adlandırdığımız stansiyadır. Bu stansiya "Koroğlu"ya yaxın ərazidə yerləşəcək. Yəni, Böyükşor qəsəbəsinin yaxınlığında olacaq. Lakin yeni stansiyaların konkret yeri barədə indidən nəsə demək çətindir. "Y1" stansiyasının inşaat işləri ilə bağlı hələ qərar verilməyib".

Bakı Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətinin rəhbəri İsrafil  Kərimov isə qeyd edib ki, sözgedən ərazidə heç bir söküntü işləri planlaşdırılmır. Evlərin siyahıya alınmasının başqa səbəbi var: