Bakıda Türkiyə vətəndaşları yatdığı yerdə qarət edildi
Kriminal 03 Dek 2019 11:43:00 151 0
Bakıda Türkiyə vətəndaşları qarət olunub.
Son.az Trend-ə istinadən xəbər verir ki, hadisə paytaxtın Səbail rayonu ərazisində baş verib.
Türkiyə vətəndaşı, 1968-ci il təvəllüdlü Deveçi Kadrı Nechat oğlu gecə saat 01:30 radələrində idarə etdiyi "DUUF" markalı HR037 nömrə nişanlı yük avtomobilini Səbail rayonu 32 ünvanındakı dayanacaqda saxlayaraq dostu Yaşar Akdenizlə avtomobildə yatıb.
Səhər saatlarında yuxudan oyanan dostlar özlərinə məxsus "Samsung A 20" və "Samsung S 6" markalı mobil telefonlarının avtomobildən oğurlandığını görüblər.
Mənbə: milli.az