Nazirlik BDU-nun yataqxanasında vəziyyəti pisləşən iki qız tələbənin durumu barədə məlumat yayıb


Sosial 03 Dek 2019 11:27:02 124 0

Nazirlik BDU-nun yataqxanasında vəziyyəti pisləşən iki qız tələbənin durumu barədə məlumat yayıb

Səhiyyə Nazirliyi&Bakı Dövlət Universitetinin yataqxanasında vəziyyəti pisləşən iki tələbənin durumu barədə məlumat yayıb.

Səhiyyə Nazirliyi Bakı Dövlət Universitetinin yataqxanasında vəziyyəti pisləşən iki tələbənin durumu barədə məlumat yayıb.

Nazirlikdən "Report"a bildirilib ki, bu barədəməlumat Təcili Yardıma saat 08:15-də daxil olub.

"Yasamal rayonu Zahid Xəlilov küçəsi 54 ünvanına gələn həkim briqadası gastroenterit ehtimalı ilə (mədə soyuqlaması, sulu ishal, qarın krampları, mədə bulantısı və qusma ilə xarakterizə edilən infeksiya) 20 yaşlı iki tələbə qızı KTM-ə çatdırıb. Xəstəxanaya çatdırılan qızlardan birində təzyiq yüksək digərində aşağı olub. İlkin diaqnoz mədə-bağırsaq iltihabıdır. Hazırda vəziyyətləri nisbi-qənaətbəxşdir", - nazirlikdən bildirilib.