Bakıda Azərbaycan və Rusiya XİN başçıları arasında görüş başlayıb


Siyasət 03 Dek 2019 11:38:57 169 0

Bakıda Azərbaycan və Rusiya XİN başçıları arasında görüş başlayıb

Bakıda Azərbaycan və Rusiya Xarici İşlər nazirləri Elmar Məmmədyarov ilə Sergey Lavrov arasında təkbətək&görüş başlayıb.

Bakıda Azərbaycan və Rusiya Xarici İşlər nazirləri Elmar Məmmədyarov ilə Sergey Lavrov arasında təkbətəkgörüş başlayıb.

"Report" xəbər verir ki, danışıqlar Azərbaycan Xarici İşlər Nazirliyində keçirilir.

E.Məmmədyarov rusiyalı həmkarını nazirliyin önündə qarşılayıb.

Daha sonra iki ölkənin xarici işlər nazirlərinin görüşü başlayıb.Nazirlər Azərbaycan və Rusiyaarasındakıəlaqələrin hazırkı vəziyyətini və gələcə inkişaf perspektivlərinimüzakirə edirlər.

E.Məmmədyarov və S.Lavrov həmçinin Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsini dənəzərdən keçirirlər.

XİN başçılarınıntəkbətək danışıqları yekunlaşdıqdan sonra geniştərkibli görüş keçiriləcək.

Qeyd edək ki,Rusiya XİN başçısı S.Lavrov dekabrın 2-də Azərbayana rəsmi səfərə gəlib.Azərbaycan Prezidenti İlham Əliyev ötən günS.Lavrovuqəbul edib.