ABŞ Fransa istehsalı olan məhsullara əlavə vergi tətbiq edəcək


İqtisadiyyat 03 Dek 2019 11:42:12 131 0

ABŞ Fransa istehsalı olan məhsullara əlavə vergi tətbiq edəcək

ABŞ Fransa istehsalı olan məhsullara əlavə vergi tətbiq edəcək

Fransanın ABŞ-ın "Google", "Apple", "Facebook" və "Amazon" kimi texnologiya nəhənglərinə tətbiq etdiyi rəqəmsal xidmət vergisinə qarşı tərəfdən cavab gəlib.

"Report" xarici mətbuata istinadən xəbər verir ki,ABŞ Fransa istehsalı olan2,4 milyard dollar dəyərində məhsula əlavə vergi tətbiq etməyi planlaşdırır.

"Fransanın rəqəmsal xidmət vergisi ABŞ şirkətlərinə qarşı ayrı-seçkilikdir", - ABŞ-ın yerli Ticarət Nümayəndəliyindən bildirilib.

Nümayəndəliyin rəhbəriRobert LaythayzerAvstriya, İtaliya və Türkiyəyə qarşı əlavə verginintətbiq oluna biləcəyini deyib.

Xatırladaq ki, Fransada yeni vergilərictimai müzakirələr başa çatdıqdan sonragələn ilin əvvəlindən tətbiq ediləcək.