SDU-nun şəhid atası olan dosenti vəfat edib


Sosial 03 Dek 2019 11:06:00 195 0

SDU-nun şəhid atası olan dosenti vəfat edib

Sumqayıt Dövlət Universitetinin (SDU) dosenti Bəhram Məmmədli vəfat edib.

Sumqayıt Dövlət Universitetinin (SDU) dosenti Bəhram Məmmədli vəfat edib.

Universitetdən "Report"a verilən xəbərə görə, B.Məmmədli ötən gün 73 yaşındadünyasını dəyişib.

Qeyd edək ki, B.Məmmədli SDU-nunTarix və coğrafiya fakültəsinin Azərbaycan və Şərqi Avropa xalqları tarixi kafedrasının dosenti olub. O,1946-cı ildə Füzuli rayonunun Böyük Pirəhmədli kəndində qulluqçu ailəsində dünyaya gəlib.1986-cı ildə Azərbaycan Elmlər Akademiyasının Tarix institutunda “Azərbaycanda kəndlilərin maddi rifah halının və mədəni-texniki səviyyəsinin yüksəldilməsi uğrunda mübarizə 30-cu illərdə” mövzusunda dissertasiya işini müdafiə edərək, tarix elmləri namizədi elmi dərəcəsini alıb. 20-dən çox elmi məqalə və kitabın müəllifidir.2003-ci ildən SDU-da Azərbaycan və Şərqi Avropa xalqları tarixi kafedrasının dosenti vəzifəsində işləyib, 2017-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2017-ci il noyabrın 12-də verdiyi sərəncamla “Əməkdar müəllim” fəxri adına layiq görülüb.

Xatırladaq ki, onun oğluŞaiqİdrisov 1992-ci ilin oktyabrın 8-də Füzuli rayonunda gedən döyüşlərdə şəhid olub.

Allah rəhmət eləsin!