“Aramco” Azərbaycanda imkanları nəzərdən keçirir


İqtisadiyyat 03 Dek 2019 11:06:53 124 0

“Aramco” Azərbaycanda imkanları nəzərdən keçirir

​“Aramco” Azərbaycanda imkanları nəzərdən keçirir

"Azərbaycanda neft və qaz sahəsində böyük imkanlar və fürsətlər var".

"Report" xəbər verir ki, bunu bu gün Bakıda keçirilən "Xəzər bölgəsinin təchizat zəncirinin Səudiyyə Ərəbistanına genişlənməsi imkanları" na dair tədbirdə "Aramco Overseas" şirkətinin baş direktoru Əhməd al Şiha bildirib.

O vurğulayıb ki, Azərbaycan MDB ölkələri arasında Səudiyyə Ərəbistanı üçün vacibdir.

Əhməd al Şiha xatırladıb ki, "Saudi Aramco" şirkətinin 2018-ci ildə Bakıda ofisi açılıb: "Biz Azərbaycanda fərqli sahələri nəzərdən keçiririk. Azərbaycanda “apstrim” və “daunstrim” sahələrində imkanlar mövcuddur".