Ekspert: "TANAP Azərbaycan qazının rəqabətqabiliyyətliliyini artıracaq"


Digərləri 03 Dek 2019 11:02:00 106 0

Ekspert: "TANAP Azərbaycan qazının rəqabətqabiliyyətliliyini artıracaq"

Trans-Anadolu qaz kəmərinin (TANAP) ikinci hissəsinin açılışı Azərbaycan qazının rəqabətqabiliyyətliliyini artıracaq, çünki daha əvvəl Türkiyəyə 6 milyard kubmetr, və Bolqarıstanla Yunanıstana hərəyə 1 milyard kubmetr qazın tədarükü ilə bağlı müqavilələr imzalanıb.

Son.az xəbər verir ki, bunu Trend-ə rusiyalı ekspert İqor Yuşkov deyib.

O bildirib ki, Azərbaycan qazı Türkiyə bazarında İran və Rusiya qazları ilə rəqabət aparacaq.

İ.Yuşkov əlavə edib ki, Türkiyədə iqtisadi azalma fonunda Ankara qaz istehlakını azaldıb və bunun nəticəsində rəqabət daha da kəskinləşib:

"Türkiyə üçün bu vəziyyət müsbətdir, çünki rəqabət nəticəsində qiymətləri azaltmaq mümkün olacaq. Bundan başqa, Türkiyə qazın tranziti üçün də pul qazanacaq. Azərbaycan üçün Türkiyə bazarına və Bolqarıstanla Yunanıstana çıxış müsbətdir".

Qeyd edək ki, noyabrın 30-da Türkiyənin Ədirnə şəhərinin İpsala qəsəbəsində Trans Anadolu Təbii Qaz Boru Kəmərinin (TANAP) Avropa bağlantısının (Faza-1) açılış mərasimi keçirilib.