“Mobil Şöbə 3.0” ilə xarici bankların kartlarına pul köçürmək mümkün oldu


Digərləri 03 Dek 2019 10:50:00 130 0

“Mobil Şöbə 3.0” ilə xarici bankların kartlarına pul köçürmək mümkün oldu

Azərbaycanda rəqəmsal bankçılığın liderlərindən biri olan Bank Respublika, müştəriləri üçün “Mobil Şöbə 3.0” mobil əlavəsinin yenilənmiş versiyasını təqdim etdi.

Bakı. Azərbaycanda rəqəmsal bankçılığın liderlərindən biri olan Bank Respublika, müştəriləri üçün “Mobil Şöbə 3.0” mobil əlavəsinin yenilənmiş versiyasını təqdim etdi. Tətbiqin 3.0 versiyası tamamilə yeni interfeys və mobil əlavə ilə işləmə prosesini daha rahat, daha sürətli və daha səmərəli edən istifadəçi təcrübəsinə dayanaraq hazırlanıb. Bir sıra yeni xüsusiyyətlərdən əlavə olaraq, “Mobil Şöbə 3.0” versiyası əvvəlki nəsillərin əsas və populyar funksiyalarını özündə saxlayıb və inkişaf etdirib, məsələn: Western Union beynəlxalq pul köçürmələri, “Vektor” lokal pul köçürmələri, şablonlar, avto ödənişlər və sevilən bir sıra digər xidmətlər. Bununla yanaşı, “Mobil Şöbə 3.0” əlavəsi Bank Respublika müştərilərinə eləcə də, Bankın müştərisi olmayanlar üçün tamamilə yeni imkanlar yaradan bir sıra xidmətlər və həllər təqdim edir. Bunlar: vəsaitlərin xarici bankların kartına köçürülməsi, üçüncü tərəflərin bank kartlarının əlavə edilməsi, bankın müştərisi olmayanların qeydiyyatı, hesabdan çıxarışlarda tranzaksiyaların yeni axtarış sistemi və s.