"Dedim ki, qadan alım, otura bilmərəm"


Şou-biznes 03 Dek 2019 10:39:00 144 0

"Dedim ki, qadan alım, otura bilmərəm"

Dedim ki, qadan alım, otura bilmərəm

Son.az bildirir ki, Xalq artisti Röya Ayxan İctimai televiziyada yayımlanan 3D verilişinin qonağı olub. İfaçı şəxsi həyatı, sənəti və başqa mövzularla bağlı bir neçə məsələdən danışıb.

İfaçı bildirib ki, gözəl görünmək üçün bir neçə dəfə əməliyyat olunub:

"Bir-iki əməliyyat keçirtmişəm. Bədənimin keyi hələ indi açılır. Gəzə bilmirdim, otura bilmirdim. Yəni, özümə əl gəzdirmişəm. 40 yaşım var. Gözəl görünmək vacibdir. Bir çəkiliş təklifi gəlmişdi. Dedilər ki, 4 saat oturmalısan ki, səni makiyaj edək. Dedim ki, qadan alım, mən otura bilmərəm".