Bakıda Türkiyə vətəndaşları yatdığı yerdə qarət edildi


Digərləri 03 Dek 2019 10:24:00 110 0

Bakıda Türkiyə vətəndaşları yatdığı yerdə qarət edildi

Bakıda Türkiyə vətəndaşları qarət olunub.

Bakı. Samir Əli - Bakıda Türkiyə vətəndaşları qarət olunub. Trend-in məlumatına görə, hadisə paytaxtın Səbail rayonu ərazisində baş verib. Türkiyə vətəndaşı, 1968-ci il təvəllüdlü Deveçi Kadrı Nechat oğlu gecə saat 01:30 radələrində idarə etdiyi "DUUF" markalı HR037 nömrə nişanlı yük avtomobilini Səbail rayonu 32 ünvanındakı dayanacaqda saxlayaraq dostu Yaşar Akdenizlə avtomobildə yatıb. Səhər saatlarında yuxudan oyanan dostlar özlərinə məxsus "Samsung A 20" və "Samsung S 6" markalı mobil telefonlarının avtomobildən oğurlandığını görüblər.