Hakerlər 12 ölkənin hotellərinə hücum etdilər:


Dünya 03 Dek 2019 10:03:00 154 0

Hakerlər 12 ölkənin hotellərinə hücum etdilər:

Hakerlər dünyanın 12 ölkəsində yerləşən 20-yə yaxın hotelə kiber hücum təşkil ediblər.

Son.az oxu.az-a istinadən xəbər verir ki, bunu "Kaspersky laboratory" şirkətindən bildiriblər.

Məlumata əsasən hücuma məruz qalan hotellər Braziliya, Argentina, Boliviya, Çili, Kosta-Rika, Fransa, Meksika, İtaliya, Portuqaliya, İspaniya, Tailand və Türkiyədə yerləşir.

Hakerlər hücum üçün ziyanverici troyan proqramlarından istifadə ediblər. Onlar  "Word", "Excel", "PDF" fayllarına yeridilib və bron sifarişi şəklində hotellərin elektron ünvanlarına göndərilib.

"Kaspersky lab" bildirir ki, rəsmi sənədlərin də sürətlərini özündə daşıyan belə göndərişlər çox real görünür: