“Uşaq dedi ki, “peraşki” qurtardı deyə boşandınız?”


Şou-biznes 03 Dek 2019 09:58:00 173 0

“Uşaq dedi ki, “peraşki” qurtardı deyə boşandınız?”

Xalq artisti Röya Ayxan İTV-də yayımlanan "3D" proqramında maraqlı açıqlamalar verib.

Son.az axşam.az-a istinadən bildirir ki, veriliş boyunca bir çox məqamlara toxunan sənətçi oğlu Hüseynin məktəbdə gördüyü münasibət haqda da danışıb. 

"İstəmirəm ki, məktəbdə oğluma anası müğənnidir deyə müraciət olunsun. Bir dəfə 5-6 yaşlı uşaq mənə yaxınlaşıb dedi ki, "Röya xala, "peraşki" qurtardı deyə boşandınız?". Deməli, evdə mənim haqqımda danışıblar ki, uşaq da gəlib məktəbdə təkrarlayır. Yəni bu 5 yaşında uşağın dərk edəcəyi yumor deyil", - Röya bildirib.