Ekspert: TANAP Azərbaycan qazının rəqabətqabiliyyətliliyini artıracaq


Digərləri 03 Dek 2019 09:54:00 109 0

Ekspert: TANAP Azərbaycan qazının rəqabətqabiliyyətliliyini artıracaq

Trans-Anadolu qaz kəmərinin (TANAP) ikinci hissəsinin açılışı Azərbaycan qazının rəqabətqabiliyyətliliyini artıracaq

Bakı. Anastasiya Savçenko - Trans-Anadolu qaz kəmərinin (TANAP) ikinci hissəsinin açılışı Azərbaycan qazının rəqabətqabiliyyətliliyini artıracaq, çünki daha əvvəl Türkiyəyə 6 milyard kubmetr, və Bolqarıstanla Yunanıstana hərəyə 1 milyard kubmetr qazın tədarükü ilə bağlı müqavilələr imzalanıb. Bunu Trend-ə rusiyalı ekspert İqor Yuşkov deyib. O bildirib ki, Azərbaycan qazı Türkiyə bazarında İran və Rusiya qazları ilə rəqabət aparacaq. İ.Yuşkov əlavə edib ki, Türkiyədə iqtisadi azalma fonunda Ankara qaz istehlakını azaldıb və bunun nəticəsində rəqabət daha da kəskinləşib: “Türkiyə üçün bu vəziyyət müsbətdir, çünki rəqabət nəticəsində qiymətləri azaltmaq mümkün olacaq. Bundan başqa, Türkiyə qazın tranziti üçün də pul qazanacaq. Azərbaycan üçün Türkiyə bazarına və Bolqarıstanla Yunanıstana çıxış müsbətdir”.