Bakıda şirkət binasının qarovulçusu faciəli şəkildə ölüb


Sosial 03 Dek 2019 09:37:32 110 0

Bakıda şirkət binasının qarovulçusu faciəli şəkildə ölüb

Bakıda şirkət binasının qarovulçusu lift şaxtasına düşərək ölüb

Bakıda şirkət binasının qarovulçusu lift şaxtasına düşərək ölüb.

“Report”un xəbərinə görə, hadisə dekabrın 2-də paytaxtın Binəqədi rayon ərazisində baş verib.

Belə ki, Canpolad Qurbanov qarovulçu qismində işlədiyi “Abşeron Construction” inşaat şirkətinə məxsus Naxçıvani küçəsi 103 ünvanında yerləşən “Nakhchivani Residence” binasında lift şaxtasına düşməsi nəticəsində vəfat edib.

Faktla bağla Binəqədi Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (Əmək mühafizəsi qaydalarını pozma, eyni əməllər ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb.

Hazırda istintaq davam etdirilir.