Hindistanın cənubunda güclü yağışlar nəticəsində ölənlərin sayı 25 nəfərə çatıb


Dünya 03 Dek 2019 09:45:00 94 0

Hindistanın cənubunda güclü yağışlar nəticəsində ölənlərin sayı 25 nəfərə çatıb

Hindistanın Tamilnad əyalətində son dörd gündə yağan leysan yağışlar nəticəsində ölənlərin sayı 25 nəfərə çatıb.

Hindistanda yağış divarı uçurdu: 15 nəfər öldü

Son.az APA-ya istinadən xəbər verir ki, bu barədə "Times of India" qəzeti məlumat yayıb.

Bundan əvvəl yayılan məlumatda qeyd olunurdu ki, səhər saatlarında Koimbatur şəhərinin yaxınlığındakı bir kənddə güclü yağış səbəbindən evlərin divarları çöküb. Nəticədə 17 nəfərin öldüyü təsdiqlənmişdi.

Daha 8 nəfər güclü yağışın səbəb olduğu müxtəlif bədbəxt hadisələr nəticəsində həyatını itirib. Hökumət artıq bütün ölənlərin ailələrinə kompensasiya ayırıb.